Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows Phone” platforması mövqeyini möhkəmləndirir
Son statistik tədqiqatlara əsasən, “Microsoft” korporasiyası “Nokia Lumia 800” smartfonu sayəsində Avropa və Amerika ərazisində öz mövqeyini möhkəmləndirə bilib.
“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, hazırda “WP7” platformasının Fransa, İtaliya, Böyük Britaniya və ABŞ-da payı 3-4 faizə qədər təşkil edir. Bu göstəricini keçən ilin nəticələrilə müqayisə etsək, o zaman proqram nəhənginin “Nokia” şirkətilə əməkdaşlıq etməsinin işə yaradığını qeyd etmək olar.
EMİL
18/05/12 Çap et