Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”da antivirusun fəaliyyətini deaktiv edən virus aşkar edilib
"Trend Micro" antivirus şirkətində çalışan ekspertlər "Facebook" vasitəsilə yayılan və antivirusların fəaliyyətini blok edə bilən yeni troyan proqramı aşkar ediblər.
"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, troyan proqramı "Facebook" sosial şəbəkəsinə inteqrasiya edilmiş ani mesaj mübadiləsi xidməti vasitəsilə yayılır. Qurban öz kontakt-listindəki virusa yoluxdurulmuş istifadəçidən "May09-Picture18.JPG_www.facebook.com.zip" istinadlı mesaj alır. Əgər istifadəçi istinad üzrə keçid edirsə, onun kompyuterinə ziyanverici faylın olduğu arxiv yüklənir.
Qeyd edim ki, ziyanverici fayl "May09-Picture18.JPG_www.facebook.com" adlanır. İstifadəçi faylı işə saldıqda antivirusun fəaliyyətini blok edən proqram icra olunur və yeni əmrlər üçün kibercinayətkarların saytları ilə əlaqə yaradır.
EMİL
18/05/12 Çap et