Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
XƏBƏRDARLIQ: «Azərfon» şirkəti şəbəkəsində problemlər yarana bilər
Azərbaycanın mobil rabitə operatoru olan «Azərfon» şirkəti şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparır. “Azərfon”dan verilən məlumata görə, təkmilləşdirmə işləri ilə əlaqədar olaraq şəbəkədə müəyyən texniki problemlər yarana bilər.
Belə ki, təkmilləşdirmə işləri aparıldıqda zənglərin edilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.
Nəzərdə tutulan təkmilləşdirmə işləri qısa müddətdə başa çatdırılacaq və geniş xidmətlər tam bərpa olunacaq.
Qeyd edək ki, «Nar Mobile» brendi ilə tanınan «Azərfon» şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Hazırda şirkətin şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir.
RƏVAN
18/05/12 Çap et