Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti ucuzlaşıb
"Apple" korporasiyasının kapitallaşdırma dəyəri mayın 17-də birjada 500 milyard dollardan aşağı düşüb. Hazırda "Nasdaq" fond bazarında "iPhone" istehsalçısının kapitallaşdırma dəyəri 495,7 milyard dollar həcmində qiymətləndirilir.
"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, buna baxmayaraq, "Apple" korporasiyası dünyanın ən bahalı şirkəti olaraq qalır. "Apple" şirkətinin ən yaxın izləyicisi olan "ExxonMobil" şirkətinin kapitallaşdırma dəyəri 383 milyard dollar təşkil edir.
EMİL
18/05/12 Çap et