Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyunun 10-da “Netty Akademiyası” səsverməyə başlaycaq


“NETTY 2012” Azərbaycan Milli İnternet mükafatında iştirak etmək üçün ərizə qəbulunun sonuna 2 həftədən az vaxt  qalıb. 31 mayadək internet istifadəçiləri mükafat üçün öz saytlarını və layihələri təqdim edə bilərlər  və ya “http://www.netty.az/”-da qeydiyyata düşüb ümumxalq səsvermədə sevdikləri resursları dəstəkləyə bilərlər.

1 iyundan 9 iyunadək “NETTY 2012” nominantlarının təyini üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən qeyd edilib ki, 10 iyun tarixində Ekspert Şurası və münsiflər heyətinin cəmləşmiş seçiminə əsaslanaraq (şura hər nominasiyada üç nominant, münsiflər heyəti isə hər nominasiyada bir nominant seçir), “Netty Akademiyası” öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.

“NETTY 2012” mükafatı çərçivəsində həmçinin ilin ən uğurlu İT layihələrini təyin edir, burada qaliblər “İlin İT hadisəsi” fəxri nominasiya çərçivəsində elan olunacaqlar bu nominasiyaya layihə sifarişlərinin qəbulu mükafatın saytında həyata keçirilir. İddiaçılar həmçinin mükafatın təşkilat komitəsi və ya akademiya tərəfindən irəli sürülə bilər.

Yalnız akademiya bu nominasiyalarda qalibləri müəyyən edir.“NETTY 2012” nominasiyalarının finalçıları iyunun 17-si rəsmi olaraq mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər.

Qaliblərə təntənəli surətdə müsabiqənin əsas mükafatı – “NETTY” heykəlciyi verilir. Həmçinin göstərilən dövr çərçivəsində müsabiqədən kənar 2 fəxri və həvəsləndirici nominasiyalar üzrə  akademiyanın səsverməsi keçirilir. “Bakcell”in təşkilatçılığı ilə və yalnlz “Bakcell” abonentləri SMS səsvermədə iştirak edə biləcək. Mükafatda iştirak etmək şərtləri ilə və müsabiqənin əsas qaydaları ilə tanış olmaq üçün  mükafatın “http://www.netty.az/” rəsmi səhifəsində tanış olmaq olar.

Qeyd edək ki, iştirakçı “NETTY 2012” mükafatın saytında öz səhifəsi çərçivəsində “Facebook” istifadəçilərindən simpatiyaların ən böyük miqdarını yığmış, "Sosial şəbəkənin seçimi" həvəsləndirici nominasiyasında mükafatın sahibi ola biləcək. Hal-hazırda “NETTY 2012”-yə 220 resurs, 300-dən çox saytlar və layihələr verilib.

Virtual münsiflər heyəti qeydə alınmış 400-dən çox insan, Ekspert Şurası formalaşdırır. Bu il, əvvəlki illərdə olduğu kimi müsabiqə Rabitə və İnformasiya Texnologiyaları, eləcə  də Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi nəticəsində həyata keçirilir. Mükafatın baş partnyoru “Bakcell SÜR@”-dir. Mükafatın partnyorları “BakuTel” sərgisi, “İntrans” provayderi, “Nurlar” şirkəti, “Ali&Nino” kitab mağazalarıdır.

Mükafata öz dəstəyini “GoMap” naviqasiya portalı göstərir. “Golden Pay” sistemi “Elektron ticarət” nominasiyasının partnyorudur. Tədbir üçün İnformasiya dəstəyini “1news.az”, “Disput.az”, “Ann.az”, “Navigator.az”, “E-azerbaijan.info”, “Infocity.az”, “ITworld.az” göstərir. Hüquqi dəstək “De Jure” hüquq şirkəti tərəfindən həyata keçirilir.

“NETTY” Milli İnternet mükafatı  bütövlükdə kömək üçün Ümumdünya şəbəkəsinin və İT bazarın milli seqmentinin inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
 
 
HƏQİQƏT





18/05/12    Çap et