Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobs “iCar” adlı avtomobil üzərində çalışırmış


“Apple” korporasiyasının həmtəsisçisi və keçmiş icraçı direktoru Stiv Cobs “iCar” adlı avtomobil yaratmaq fikrində idi. Stiv bu maşının dizayn və konstruksiyasını tam olaraq hazırlamışdı. Bu barədə “Innovation Uncensored” konfransında “Apple” Direktorlar şurasının üzvlərindən biri və “J. Crew” pərakəndə şəbəkəsinin rəhbəri Miki Dreksler bildirib.

"Avtomobil sənayesinə diqqət yetirin: – bu, Amerika üçün faciədir. Stiv Cobs ölümündən əvvəl “iCar”-ı hazırlamağı arzu edirdi və hesab edirdi ki, onun şirkəti bu bazarın təxminən 50 faizinə nəzarət edə bilər. Lakin əcəl imkan vermədi" - Dreksler qeyd edib.Məlumat üçün qeyd edim ki, Stiv Cobs 2011-ci il sentyabrın 5-də dünyasını dəyişib.
 





EMİL




18/05/12    Çap et