Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QKDK-da hesabatlar elektron formada aparılacaq


Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi” Qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün  yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat  keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin ictimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumatda deyilir.

Təqdimatda  yeni qaydalarla müəyyən edilmiş hesabatların növləri, onların tərtib və təqdim edilməsi, həmçinin hesabatların elektron formada aparılması prosedurları haqqında geniş məlumat verilib. Daha sonra qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə fikir mübadiləsi aparılıb.







CAHANGİR





18/05/12    Çap et