Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pirat audiovizual məhsulların satışının qarşısı alınıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən pirat audiovizual məhsulların satışının qarşısı alınıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ASİHMDX Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada yoxlama aparıb. Yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən edilib.
Mağazada aşkar edilmiş 5047 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Amin Hümbətova icrası məcburi göstəriş verilib. Xidmət tərəfindən araşdırmalar davam edir.
HƏQİQƏT
18/05/12 Çap et