Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar üçün üçölçülü ekranlar hazırlanır
“Samsung” və “Nokia” şirkətləri “3D” ekrana malik smartfonlar istehsal edən şirkətlər sırasına daxil olmağa qərar veriblər. Üçölçülü ekrana malik qurğular istehsal edən böyük istehsalçılar hələ ki “HTC” və “LG” şirkətləridir. “Samsung” və “Nokia” şirkətləri bu məsələ ilə bağlı ABŞ-ın Patent və Ticarət Nişanı Bürosuna (USPTO) ərizə veriblər. Bu barədə “UnwiredView” nəşri məlumat verib.
"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, “Nokia” üçölçülü effekti yaratmaq üçün artıq məlum olan texnologiyadan istifadə edəcək. Həmçinin şirkətin təqdim etdiyi patent ərizəsində ikiölçülü rejimdən üçölçülü rejimə keçid sistemi təsvir edilir.Məlumat üçün bildirim ki, “3D” smartfon istehsal etmiş ilk şirkət “LG” olub.
EMİL
19/05/12 Çap et