Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada kilsə heyvanlara “Twitter” vasitəsilə xeyir-dua verəcək


Böyük Britaniyanın Surrey qraflığında yerləşən kilsə qeyri-adi xidmət təklif edib - heyvanlara  “Twitter” mikrobloqlar xidməti vasitəsilə xeyir-dua veriləcək. İlk belə xidmət mayın 20-də göstəriləcək. Keşiş heyvan sahiblərindən onların fotolarını və hekayələrini göndərməyi xahiş edib. Tvitlər xidmət həyata keçirilən zaman kilsədəki böyük ekranda translyasiya ediləcək.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, heyvanları insanlar kimi Allah yaradıb, Kemberlidə yerləşən “Müqəddəs Pavl” kilsəsinin baş keşişi qeyd edib.
 








EMİL





19/05/12    Çap et