Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ilk "Wikipedia-şəhər"
Uelsin Monmut şəhəri yerli sakinlərin səyi nəticəsində dünyada ilk "Wikipedia-şəhər" adına layiq görülüb. Layihənin reallaşdırılmasına təxminən 6 ay vaxt sərf edilib, əhalinin məskunlaşdığı bütün məntəqələrdə üzərində "QR" kodlar olan lövhəciklər asılıb, Monmut şəhərini tam əhatə edən pulsuz "Wi-Fi" şəbəkəsi təşkil edilib.
"Monmutpediya"nın istifadəyə verilməsi mayın 19-na planlaşdırılıb; şəhərdə üzərində "QR" kodlar olan mindən çox lövhəcik olacaq. Lövhəciklərin bir hissəsinin keramikadan hazırlandığı bildirilib və onlar xarici təsirlərə qarşı dözümlüdür.Layihənin aktivistlərinin köməyi ilə 25 dildə 450-dən çox məqalə yazılıb, mindən çox foto çəkilib.
EMİL
19/05/12 Çap et