Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB məkanında ilk dəfə olaraq ölkəmizdə teleqramlar kompyuterlə göndərilir


“Azərpoçt” MMC  MDB məkanında ilk dəfə olaraq Məlumat  Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan proqram təminatına əsasən göndərilən teleqramlarda durğu işarələrini tətbiq edir. Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, əvvəllər bu işarələr hərflərlə əvəz olunurdu. Durğu işarələri həm ölkədaxili, həm də xarici teleqramlara tətbiq olunub.

Xatırladaq ki, vaxtilə ölkəmizdə teleqramların  göndərilməsi teleqraf aparatları vasitəsilə həyata keçirilirdi. MDB məkanında ilk dəfə olaraq MHM-in hazırladığı proqram təminatına əsasən əvvəl ölkənin paytaxtında, daha sonra isə bütün respublika ərazisində teleqramların göndərilməsi kompyuterlə həyata keçirilməyə başlanılıb.

Qeyd edək ki, teleqramlarda hər durğu işarəsi təyin olunan tarifə uyğun olaraq bir söz kimi beş qəpik hesablanır.



RƏVAN
 






19/05/12    Çap et