Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkənin kredit reytinqinin aşağı düşməsi xakerləri əsəbiləşdirdi


Portuqaliya hakerlər qrupu bu gün “Moody's” reytinq agentliyinin saytını qırıblar. Ehtimal edilir ki, saytın qırılması ölkənin suveren reytinqinin növbəti enməsinə reaksiya olub. Saytı qırdıqdan sonra hakerlər saytda Portuqaliyanın kredit reytinqinin ən yüksək “A++” səviyyəsinə qədər yüksəlməsi barədə məlumat yerləşdiriblər.
Qeyd edək ki, dünən “Moody's” agentliyi yerli məmurları və bankları, həmçinin Avropa Mərkəzi Bankını Portuqaliya sanksiyaları ilə bağlı həddindən artıq qətiyyətsiz siyasət üçün tənqid edərək Portuqaliyanın kredit reytinqini ən aşağı səviyyəyə qədər salıb. Hesabatın nəşrindən sonra, Portuqaliya və İspaniyanın ən böyük şirkətlərinin səhm məzənnələri əhəmiyyətli itkilərlə üzləşib.




09/07/11    Çap et