Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzDataKom”un internet istifadəçilərinin sayı 1400-ü ötüb
“AzDataKom” şəbəkəsi vasitəsilə əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsini təmin etmək məqsədilə davamlı olaraq bir sıra tədbirlər həyata keçirilir. Hazırda şəbəkənin internet istifadəçilərinin sayı 1428-ə çatdırılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildiriblər ki, istifadəçilərin 770 nəfəri Bakı şəhərinin, 658-i isə regionların payına düşür. Regionlar üzrə ən çox abunəçi Mingəçevir şəhərində (337) qeydə alınıb. Sonrakı mövqelərdə isə Gəncə (172), Tovuz (130), Gədəbəy (100) və Naftalan (75) qərarlaşıb.
CAHANGİR
19/05/12 Çap et