Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” haqqında 10 maraqlı fakt


1. "Twitter"in həmtəsisçisi Cek Dorsi xidməti ilk əvvəl "Twitch" adlandırmaq istəyirdi, lakin sonra onu daha ahəngdar "Twitter" ilə əvəz edib. Layihənin kod adı isə "twttr" sözü olub.

2. "Twitter"in loqosunu xidmətin həmtəsisçisi, qrafik dizayner Biz Stoun fikirləşib.

 


3. "Twitter"in baş direktoru Dik Kostolo əvvəllər peşəkar komik aktyor idi.

 


4. Mesajların qruplaşdırılması üçün populyar alət olan heşteq "Twitter" xidmətinin istifadəyə verilməsindən 1 il sonra  təqdim edilmiş və o, istifadəçilərdən biri tərəfindən təklif edilmişdi.

5 .Xidmətin mövcudluğu ərzində ilk "Qızıl tvit" (Golden Tweet Award) mükafatını 2010-cu ildə amerikalı teleaparıcı Stefan Kolbert alıb.

 


6. "Twitter"də dərc edilmiş istinadlar üzrə maksimal klik sayı əldə etmək üçün ən yaxşı vaxt Nyu-York vaxtı üzrə saat 13:00-dan 15:00-dək olan müddət sayılır.

 


7. Aktyor Çarli Şinin mikrobloqu 1 sutkadan az bir müddətdə  milyon izləyici toplamaqla rekord qırıb.

 


8. "Twitter"də mesajların 3/4-ü təxminən 5 faiz istifadəçi dərc edilir və xidmətdəki hər beşinci hesab sahibi heç vaxt mesaj dərc etməyib.

 


9. "Facebook" sosial şəbəkəsinin rəsmi hesabı 3,6 milyon  izləyici ilə brend mikrobloqları arasında beşincidir.

 


10. ABŞ Konqresinin kitabxanası "Twitter" xidmətinin  istifadəçiləri tərəfindən dərc edilmiş bütün mesajları arxivləşdirir.

 






19/05/12    Çap et