Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimə onlayn dərslər vasitəsilə 700 min dollar qazanıb
ABŞ-da ibtidai sinif müəlliməsi Dinna Camp “Teachers Pay Teachers” startapı vasitəsilə 700 min dollar qazanıb. O, internet resursu vasitəsilə videoya yazdığı tədris metodikalarını satır, həmçinin onlayn məşğələlər keçir.
"İCTnews.az" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, “Teachers Pay Teachers” xidməti keçmiş müəllim Pol Edelman tərəfindən yaradılıb. Resursdakı materialların bir hissəsi pulsuzdur, digərlərinin qiyməti isə 5-10 dollar təşkil edir. Resursda ən tələb olunan fənlər ingilis, riyaziyyat və sosial fənlərdir.
EMİL
19/05/12 Çap et