Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pakistanlılara “Twitter”dən istifadə etməyə icazə verilib


Pakistan hakimiyyəti mayın 20-də ölkə ərazisindən "Twitter" mikrobloqlar xidmətinə çıxış imkanını bərpa edib. Bu barədə  "Agence France-Presse" məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Twitter" mikrobloqlar xidməti Pakistanda təxminən 12 saat ərzində əlçatmaz olub. Hakimiyyətin ölkə ərazisindən "Twitter" mikrobloqlar xidmətinə çıxış imkanını bərpa etməsinin səbəbi haqqında məlumat verilmir.

Məlumat üçün bildirim ki, bazar günü Pakistanın Telekommunikasiya Nazirliyi ölkə ərazisindən "Twitter" xidmətinə çıxış imkanını blok etmişdi. Buna səbəb xidmət administrasiyasının istifadəçilərin Məhəmməd peyğəmbərin karikatura müsabiqəsi ilə bağlı mesajlarını silməkdən imtina etməsi olub.



EMİL





21/05/12    Çap et