Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” cari rübdə 1 milyondan çox planşet istehsal edə bilər


Cari rübdə planşet kompyuterlərinin tədarükü 21 – 22 milyon ola bilər. Bu göstəricini elektron komponent təchizatçılarına istinad edərək “DigiTimes” bildirib. Keçən rübdə, qiymətləndirmələrə görə, müxtəlif brend planşetlərinin dünya satışları 13,5 - 14,5 milyon olub.
“Apple” şirkətinin iyuldan sentyabra kimi 14-15 milyon "İpad" istehsal edəcəyi gözlənilir. “İPad” satışları 2-ci rübdə 10,5 - 11,0 milyon olub. Digər planşet istehsalçılarının payına 7,0 – 7,2 milyon qurğu düşəcək. “Amazon” şirkətinin 3-cü rübə 1,0 - 1,2 milyon planşet fərdi kompyuter sifariş etdiyi qeyd olunub. Onların tədarükü şayiələrə görə, sentyabrda başlanacaq.




09/07/11    Çap et