Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” səhmləri proqnozları doğrultmadı


Mayın 18-də “NASDAQ” birjasında “Facebook” səhmlərinin ticarət qiyməti 42,05 dollardan başlayıb. Ticarət sessiyası ərzində səhmlərin qiyməti 45 dollara qədər artıb, lakin günün sonuna yaxın 38 dollara qədər azalıb.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, beləliklə, “Facebook”un kapitallaşdırma dəyəri 105 milyard dollara bərabər olub, Mark Zukerberqin varidatı isə 19,3 milyard dollar təşkil edib.

Qeyd edim ki, mayın 18-də səhmlərlə ticarət zamanı texniki nasazlıqlar baş verib. Ticarət 30 dəqiqə gec başlayıb.
 






EMİL





21/05/12    Çap et