Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında sosial məsələlərlə bağlı elektron xidmətlər yerləşdiriləcək


«Müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi məqsədilə Daxili İşlər və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə razılıq əldə olunub».

"İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev deyib.

Onun sözlərinə görə, hazırda aktiv olan elektron xidmətlər nazirliyin daxili struktur bölmələrinin (Dövlət Sosial Təminat Xidməti və Dövlət Məşğulluq Xidməti) informasiya sistemləri arasında mübadilə işləri aparılmaqla həyata keçirilir: «Yaxın müddətdə nazirliyin ”Elektron hökumət” Dövlət İnformasiya Sisteminin “Elektron xidmətlər” portalına qoşulması təmin ediləcək. Yeri gəlmişkən onu da bildirim ki, göstərilən xidmətlərə görə rüsumlar nəzərdə tutulmur».




SEYMUR





21/05/12    Çap et