Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək “LTE” texnologiyası üzrə mobil bağlantıların sayı 1 milyarda çatacaq


Dördüncü nəsil simsiz rabitəsinin (4G) Azərbaycanda yenicə sınaqdan keçirilməsinə baxmayaraq, dünyanın bəzi ölkələrində bu texnologiyadan istifadəyə yüksək tələbat var. Həmin ölkələrə, əsasən ABŞ, Cənubi Koreya və Yaponiya aiddir. Bu dövlətlərin  sayəsində 2017-ci ilədək “LTE” texnologiyası üzrə simsiz bağlantıların sayı 1 milyarda çata bilər. “Strategy Analytics” tədqiqat şirkətinin hesabatında belə qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozlarına görə, “LTE” texnologiyasının payı 5 ildən sonra mobil bağlantıların təxminən 15 faizini təşkil edəcək. Məlumat üçün bildirim ki, “GSM” standartı 1 milyard bağlantı həddinə 12 ildən sonra nail ola bilmişdi. Halbuki “LTE” texnologiyası 7 ildən sonra 1 milyard bağlantı həddini ötərək rekorda imza atacaq.






EMİL





21/05/12    Çap et