Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərenerji” ASC tərəfindən göstərilən 2 elekton xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub


“Azərenerji” ASC tərəfindən təqdim olunan enerji haqlarının internet vasitəsi ilə ödənilməsi və istehlakçıların elektrik şəbəkəsinə qoşulması elektron xidmətləri “Elektron hökumət” Dövlət İnformasiya Sisteminə inteqrasiya olunub.

Bu barədə “İCTnews” elektron xidməti “Elektron hökumət” portalına istinadən məlumat verir.
 Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi elektron xidməti vasitəsilə "Azərenerji" ASC-nin xidmət sahəsinə aid olan ərazilərdə (Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla) abonentlər tərəfindən istehlak olunmuş elektrik enerjisi haqlarının internet vasitəsi ilə ödənilməsi ilə yanaşı, təqdim edilmiş hesab-bildirişləri, ödənişləri və borcları görmək olar.

İkinci xidmət  Səhmdar Cəmiyyətin xidmət sahəsinə aid olan ərazilərdə (Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla) hüquqi və fiziki şəxslərə məxsus elektrik qurğularının elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi və istehlakçı kimi qeydiyyata alınaraq elektrik enerjisi ilə təmin olunması ilə bağlı bütün ardıcıl mərhələlərin prosedurunu əhatə edir.
 
CAHANGİR





21/05/12    Çap et