Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” korporasiyasının lentlə işləyən daşıyıcısının yaradılmasından 60 il ötüb


1952-ci il mayın 21-də “IBM 726” daşıyıcısı (məlumatları maqnit lentindən yazmağa və oxumağa imkan verən ilk ticarət qurğusu) işıq üzü görüb.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına  bildirir ki, “IBM 726” daşıyıcısı 7 zolaqdan ibarət idi, onların altısı informasiyanın saxlanılması üçün istifadə edilirdi. Bir valda 1.25 sm enində olan 400 metrədək lent yerləşirdi. Məlumatların nəzəri ötürülmə sürəti saniyədə 12,5 min simvola çatırdı; yazma  sıxlığı 1 santimetrə 40 bit təşkil edirdi.
 







EMİL





21/05/12    Çap et