Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision 2012” mahnı müsabiqəsinə həsr olunmuş ödəniş kartı təqdim edilib
"MilliKart" MMC-nin müştərisi olan "ASB" ASC turistlərə, şəhərimizin qonaqlarına və həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına yeni ön ödəməli “Maestro Baku Card"ı təqdim edir. Bu layihə "MilliKart" MMC, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “MasterCard” kimi tərəfdaşların sponsorluğu ilə həyata keçirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “MilliKart” prosessinq mərkəzinin məlumatında deyilir.
Kartın "MilliKart" MMC ilə sıx əməkdaşlığı nəticəsində reallaşması ölkəmizdəki nağdsız ödəmə sistemlərinin inkişafına təkan verəcək. Kart “Eurovision 2012” mahnı müsabiqəsinə həsr olunub və şəhərimizin adını daşıyır. "Baku Card" ideal ödəniş vasitəsidir və aşağıdakı özəlliklərə malikdir:
yerli valyutada həyata keçirilən təhlükəsiz və rahat ödəniş vasitəsi
nağd vəsait və çeklərə nisbətən sərfəli mübadilə məzənnələri
“Park Bulvar”la yanaşı, şəhərimizin çoxsaylı müxtəlif satış və xidmət məntəqələrində 10% endirim əldə etmək imkanı
respublika ərazisində və xaricdə ödəniş etmək imkanı
istənilən ATM vasitəsilə 7/24 vəsaitin əldə olunması
balansın asanlıqla artırılması
balans, hesab və tranzaksiyaların tarixçəsi haqqında məlumatın əldə olunması
səyahət xərclərini ayırma imkanı
"Baku Card" içində ön ödəməli kart, Bakının görməli yerlərini əhatə edən broşür və şəhərin xəritəsi olan xatirə paketində təqdim olunur.
CAHANGİR
21/05/12 Çap et