Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Motorola Mobility”-ni satın aldı


Çinin antiinhisar orqanları “Google” şirkətinin “Motorola Mobility”-ni satın alması üzrə 2011-ci ilin avqustunda bağlanmış sazişini  təsdiqləyiblər.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, internet-nəhəng bundan əvvəl Amerika və Avropa antiinhisar orqanlarından icazə almışdı. Beləliklə, hazırda 2  şirkətin birləşməsinə heç nə mane olmur.

“Google” şirkətinin nümayəndələri bildiriblər ki, satınalmanın əsas məqsədi “Android” platformasının inkişafı üçün əlavə təkan yaratmaqdır.

“Motorola Mobility” şirkətini satın almaq üçün 12,5 milyard dollarından keçmiş “Google”, həmçinin 17 min patent paketi və 7500 patent ərizəsi əldə edəcək. Əldə edilmiş intellektual mülkiyyət “Google” şirkətinə bazarın digər iştirakçıları ilə mümkün ola biləcək məhkəmə təhqiqatlarında kömək edəcək.
 
EMİL





21/05/12    Çap et