Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyə orbitdəki peyklərinin sayını artıracaq


Türkiyə orbitdəki peyklərinin sayını artırmağı və kosmik aparat istehsalçıları sırasına daxil olmağı planlaşdırır.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Türksat" şirkəti 2019-cu ilədək orbitdəki  peykləri vasitəsilə Yer kürəsi ərazisinin 70 faizdən çoxunu əhatə etmək niyyətindədir.

"Biz buna 5 orbit və 7 rabitə peykinin istismarı hüquqları  sayəsində nail ola bilərik. Hazırda bizim göstərdiyimiz  xidmətlərdən təxminən 2 milyard insan istifadə edə bilər və 2019-cu ilədək bu göstərici 6 milyarda qədər artacaq" - "Türksat" şirkətinin baş direktoru Özkan Dalbay (Özkan Dalbay) bildirib.

O məlumat verib ki, Türkiyə orbitə 2014-cü ilədək "Türksat 4A" və "Türksat 4B" adlı 2 yeni telekommunikasiya kosmik aparatı buraxacaq. Onlardan gələn siqnalı bütün Afrika ərazisində qəbul etmək mümkün olacaq. Şirkət Uzaq Şərq, Cənub-Şərqi Asiya və qismən Cənubi və Şimali Amerika ərazilərini əhatə etmək üçün həmçinin 2 əlavə orbitin istifadə hüquqlarını satın almaq niyyətindədir.
 
EMİL





21/05/12    Çap et