Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kvant teleportasiyası üzrə yeni rekord qeydə alınıb
Bir neçə gün əvvəl çinli alim-fiziklər tərəfindən təyin edilmiş kvant teleportasiyası rekordu (97 kilometr) avropalılar tərəfindən mühüm dərəcədə yaxşılaşdırılıb. Belə ki, Kornell Universitetinin əməkdaşları fotonları analoji üsulla 143 kilometr məsafəyə ötürə biliblər.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, avropalı alimlər tərəfindən tətbiq edilmiş kvant teleportasiyası texnologiyası çinli alimlərin üsuluna çox oxşardır. Lakin onlar yüksəkdəqiqlikli atom saatı vasitəsilə qəbuledici və ötürücü aparatın sinxronlaşdırılması metodunu tətbiq ediblər.
Beləliklə, alimlər təcrübədə ilk dəfə olaraq gələcəkdə yerüstü stansiya və kosmik peyklər arasında birbaşa rabitə kanalları təşkil etmək üçün lazımi məsafəyə kimi kvant teleportasiyası həyata keçiriblər.
EMİL
22/05/12 Çap et