Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropaya İnteqrasiya Mərkəzi internet hüququ ilə bağlı


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihənin icrası çərçivəsində növbəti seminar keçirilib. 

AİM-in mətbuat xidmətindən verilən məlumata görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində “İnternet (kommunikasiya) hüququ - İnternetdə informasiya azadlığı, informasiya təhlükəsizliyi və özünütənzimləmə” mövzusunda keçirilmiş seminarda internetin modern kütləvi informasiya vasitəsi kimi ictimai əhəmiyyəti, virtual məkanda informasiya azadlığının xüsusiyyətləri müzakirə olunmuş, internet istifadəçilərinin və jurnalistin hüquq və vəzifələrinə, qlobal şəbəkədə müəlliflik və əlaqəli hüquqların qorunmasına, habelə kibercinayətkarlığa qarşı mübarizə problemlərinə diqqət ayrılıb.
 
Seminarda qlobal şәbәkәdə informasiyanın yayılması, əldə olunması, ötürülməsi və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyən hüquq normaları haqqında ətraflı məlumat verilib, informasiya müharibəsi, provayderlәrin və hakerlәrin şəbəkədə fəaliyyəti, internet xidmәti göstәrәn qurumlar arasındakı əlaqələr barədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Layihə çərçivəsində, həmçinin “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabının (dərs vəsaitinin) çap olunaraq ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulub.





22/05/12    Çap et