Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər ABŞ-ın Ədliyyə Nazirliyinin saytını “sındırıblar”


ABŞ-ın Ədliyyə Nazirliyinin bölmələrindən birinə məxsus sayt hakerlər tərəfindən “sındırılıb”. Hücum üçün məsuliyyəti öz üzərinə “Anonymous” adlı tanınmış haker qruplaşması götürüb. Kibercinayətkarlar ABŞ-ın Ədliyyə Nazirliyinin nəzdində yerləşən  Hüquq Statistikası Bürosunun serverini “sındırıblar”.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat xidməti haker hücumunun nə zaman edilməsi barədə hələ ki məlumat verməyib.

“Anonymous” haker qruplaşmasının nümayəndələri isə bildiriblər ki, onlar 1,7 QB tutumunda informasiya, həmçinin əməkdaşların daxili elektron poçt ünvanları və digər vacib məlumatları ələ keçiriblər.





EMİL





22/05/12    Çap et