Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Xalq kompyuteri” layihəsi çərçivəsində yüksək texniki göstəricilərə malik kompyuterlər təqdim olunur
Bu gün Azərbaycanda "Xalq kompyuteri" layihəsi çərçivəsində müasir standartlara cavab verən kompyuter modelləri təqdim olunur və mütəmadi olaraq yeni modellər əlavə olunur.
"İCTnews" elektron xəbər xidmətinə layihədən verilən məlumata görə, təkliflər paketinə dünya lideri "HP" şirkətinin istehsalı olan kompyuterlər daxildir və istifadəçilər layihənin internet saytında təqdim edilmiş istənilən həldən birini seçə bilər(http:// xalqkomp.az /Models.html ).
Hazırda model çeşidinə "HP ProBook" və "Pavillion" noutbukları cərgəsi, şəxsi kompyuterlər, "All-in-One" sistemləri və "HP" netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.
CAHANGİR
22/05/12 Çap et