Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DTXK yaxın günlərdə İnformasiya Texnologiyaları Strategiyasını yaradacaq
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) modern və çevik idarəetmənin təşkili, əhaliyə göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, “elektron imza”dan istifadənin genişləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər görür.
Bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə DTXK-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 24 noyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq komitə tərəfindən göstərilən 9 elektron xidmətin hər biri ilə əlaqədar inzibati reqlamentlər hazırlanıb, təsdiqlənib.
Onlar “Elektron xidmətlər” reyestrinə daxil edilib. Həmçinin 13 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub. Komitənin internet şəbəkəsi qısa zaman ərzində yenidən qurularaq istifadəyə verilib və regional bölmələrin də vahid şəbəkəyə fiber-optik xətlə qoşulması layihələndirilib: «Elektron imzadan istifadə və İKT-nin tətbiqinə dair geniş treninq proqramı həyata keçirilib.
Hazırda komitənin İnformasiya Texnologiyaları Strategiyasının yaradılması, nağdsız ödənişlərin həyata keçirilməsi üçün billinq sistemlərinin tətbiqi, tabeliyində olan qurumların müstəqil internet informasiya resurslarının istifadəyə verilməsi üzrə işlər yekun fazadadır».
SEYMUR
22/05/12 Çap et