Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” üçün USB


USB-daşıyıcılarından məlumatların “iPad” və “iPhone”-a ötürülməsini çətinləşdirən problem həll olunub. Belə ki, “CloudFTP” – kiçik qurğusu xüsusi “Wi-Fi” şəbəkəsi yaradır. USB-daşıyıcı “CloudFTP”-yə, “iOS” qurğusu isə naqilsiz şəbəkəyə birləşdirilir.

Sonra istənilən “FTP-kliyent” və ya xüsusi proqramın köməyilə, brauzer vasitəsilə daşıyıcının fayllarına giriş həyata keçirilir. “Computerworld” jurnalının məlumatına görə, “CloudFTP”-ni həmçinin artıq mövcud olan “Wi-Fi” şəbəkəsinə qoşmaq mümkündür. 





22/05/12    Çap et