Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Balmerin müzakirə mövzusu “Windows 8”olacaq
“Microsoft” şirkəti cari ilin yanvarında CES 2011-də ilk dəfə “Windows” əməliyyat sisteminin növbəti versiyasında ARM dəstəyini elan edib. Son məlumatlara əsasən, “Windows 8” CES 2012-də “Microsoft”un icraçı direktoru Stiv Balmerin (Steve Ballmer) çıxışının əsas mövzusu olmalıdır.
Hərçənd ki “Microsoft” sentyabrda BUİD istehsalçılarının konfransında “Windows 8” haqqında yeni detalları açmağı planlaşdırır, lakin cənab Balmerin CES 2012 sərgisindəki “Windows 8”-dən bəhs edəcəyi bildirilir. Həmçinin, son şayiələrə əsasən, “Microsoft” məhz CES 2012-də “Windows 8”-in ilk beta versiyasını istifadəyə verməyə hazırlaşır. Məlum olduğu kimi, “Windows 8”-də yeni istifadəçi sensor interfeysi olacaq və “x86” ilə bərabər, ARM prosessorları da dəstəklənəcək.
11/07/11 Çap et