Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması üzrə tender elan olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması üzrə açıq tender elan edir.

“İCTnews” elektron xəbər xidmətinin Tender Komissiyasına istinadən verdiyi məlumata görə,  iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri və iş qrafikini cari il, 27 iyun tarixinə qədər, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 05 iyul 2012 ci il saat 17:00-dək DQMK-yə təqdim etməlidirlər.







CAHANGİR





22/05/12    Çap et