Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtın mərkəzi stansiyaları NGN texnologiyası əsasında qurulur
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın rabitə şəbəkəsini müasir tələblərə cavab verən səviyyədə qurmaq üçün yeni tədbirlərə başlayıb. Bu barədə bizə məlumat verən birliyin baş mütəxəssisi Elman Qədirovun bildirdiyinə görə, artıq şəhərin mərkəzini əhatə edən stansiyaların NFN texnologiyası əsasında yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ATS 493/498-in avqustun ortalarında istifadəyə verilməsi gözlənilir. Gələcəkdə digər stansiyaların da bu texnologiya əsasında qurulması planlaşdırılır.
Həyata keçirilən tədbirlər nəticəsində NGN texnologiyası əsasında tamamilə yenidən qurulacaq stansiya vətəndaşlara mükəmməl rabitə xidməti ilə yanaşı, onların bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaradacaq. Qeyd edək ki, buna paralel olaraq Bakının ətraf qəsəbələrində də işlər aparılır.
11/07/11 Çap et