Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə Bakı” Azərbaycan voleybol tarixində ilkə imza atdı
Avropa Voleybol Konfederasiyası (CEV - Confederation Europeenne de Volleyball) qadın voleybolçular üzrə Çempionlar Liqasının növbəti mövsümündə iştirak edəcək komandaların siyahısını açıqlayıb.
Qitənin ən nüfuzlu turnirinin iştirakçılarının sayı 20-dən 24-ə çatdırılıb.
Çempionlar Liqasına birbaşa 15 komanda vəsiqə qazanıb ki, bunlar arasında yeganə Azərbaycan təmsilçisi “Rabitə Bakı”dır. “CEV”-in “wild card” verdiyi 9 klub arasında isə 2 Azərbaycan klubu yer alıb. Bunlar “Azərreyl” və “Lokomotiv”dir. Beləliklə, Azərbaycan ilk dəfə Çempionlar Liqasında 3 iştirakçı ilə təmsil olunacaq.
22/05/12 Çap et