Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular üçün printer yaradılıb


“Star Micronics” şirkəti “SM-T300” adlı portativ printer təklif edib.“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, aparat müxtəlif portativ qurğular, xüsusilə  smartfon və planşet kompyuterləri ilə istifadə üçün nəzərdə tutulub. Məlumat mübadiləsi “Bluetooth” və “Wi-Fi” simsiz rabitəsi vasitəsilə həyata keçirilə bilər.

Printer kiçik informasiya ekranı ilə  təchiz edilib. Çap sahəsinin eni 72 mm-ə, kəskinliyi 203 “dpi”-yə bərabərdir.

“SM-T300” modeli müxtəlif çek və qəbzlərin çap edilməsi üçün nəzərdə tutulub. Akkumulyatorun avtonom müddəti interval müddəti 5 dəqiqə olan çap zamanı 8 saat təşkil edir.





 EMİL





22/05/12    Çap et