Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google" şirkətinin vitse-prezidenti Azərbaycana gələcək
"Google" şirkətinin vitse-prezidenti Vinton Serf payızda Bakıda keçiriləcək İnternetin idarə olunması üzrə Beynəlxalq Forumda (IGF-Internet Governance Forum) iştirak edəcək. Bu barədə Azərbaycan İnternet Cəmiyyətininin (ISOC Azerbaijan) sədri Qalib Qurbanov bildirib.
IGF miqyasına görə böyük tədbirdir. Bununla əlaqədar olaraq, forum noyabrın 6-9-da keçiriləcək "BakuTel 2012" - Beynəlxalq Telekommunikasiya Sərgisinə həsr ediləcək.
Qurbanovun sözlərinə görə, "Google" rəhbərliyinin IGF-nin işində iştirakı məsələsi Cenevrədə "Internet Society"nin 20 illiyinə həsr edilmiş "Global INET 2012" ümumdünya konfransı çərçivəsində müzakirə edilib.
"İclas iştirakçıları Bakıda IGF forumunun təşkili məsələsinə diqqət və maraq göstəriblər. "Google" və "Internet Society" rəhbərliyi "BakuTel 2012" sərgisində ayrıca stendlə təmsil olunmaqda maraqlı olduqlarını bildiriblər", -Q. Qurbanov deyib.
23/05/12 Çap et