Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision-2012” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirildi
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Mayın 22-də yerli vaxtla gecə saat 00.00-da birinci yarımfinalın iştirakçısı olan 18 ölkənin - Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyanın təmsilçiləri bir-birinin ardınca "Baku Crystal Hall"un səhnəsinə çıxıblar.
Birinci yarımfinalın nəticələrinə əsasən, 10 ölkənin təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsinin mayın 26-da "Baku Crystal Hall"da keçiriləcək final şousuna vəsiqə qazanıb.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı mayın 24-də keçiriləcək. Həmin gün "Baku Crystal Hall"un səhnəsinə çıxacaq daha 18 ölkə təmsilçisindən 10-u final şousunda iştirak etmək hüququ qazanacaq.
23/05/12 Çap et