Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Anonymous” haker qruplaşmasını ciddi qəbul etmək lazımdır
“Anonymous” haker qruplaşmasına və onların internetdə həyata keçirdikləri hücumlara ciddi yanaşmaq lazımdır, -“ICANN” korporasiyasının təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Ceff Moss bildirib.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, Ceff Moss özü də əvvəllər haker olub. O etiraf edib ki, “ICANN”-da işləməsinə baxmayaraq indiyə kimi hakerliklə məşğul olur.
“Anonymous” haker qruplaşmasını ciddi qəbul etmək lazımdır, çünki onların həyata keçirə biləcəkləri hücumların sayı çoxdur. Onların həyata keçirdikləri hücumlar elə də mürəkkəb deyil, lakin bu hücumlarda xeyli istifadəçi iştirak edir. Hər bir istifadəçi “Anonymous” ola bilər" - Moss qeyd edib.
Məlumat üçün qeyd edim ki, “Anonymous” 2010-cu ilin sonunda, “WikiLeaks” resursunun fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına “DDoS” hücum seriyası təşkil etdikdən sonra populyarlaşdı. Hücum edilmiş saytlar arasında “PayPal”, “Visa” və “MasterSard” saytları da var idi.
EMİL
23/05/12 Çap et