Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstanla yerüstü poçt mübadiləsi bərpa edilə bilər


“Gürcüstanla yerüstü poçt mübadiləsi bərpa edilə bilər” - bu barədə məlumat verən RİTN-nin poçt sektorunun rəhbəri Novruz Məmmədov bildirib ki, bir müddət baş vermiş yerüstü mübadilə məsələsinin yenidən bərpa edilməsi Gürcüstan poçt operatorundan asılıdır.

N.Məmmədov  Türkmənistan üzərindən bərə keçidi vasitəsilə  tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə poçtun mübadiləsi məsələsinin hələ gündəmdə olmadığını da qeyd edib.Qeyd edək ki, hazırda Azərbaycan yalnız İranla yerüstü poçt mübadiləsi həyata keçirir. 







RƏVAN





23/05/12    Çap et