Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola Mobility” satılıb


“Google” şirkəti rəsmi bloqunda “Motorola Mobility”-ni satın alması üzrə sazişin bağlanması haqqında məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, "Motorola – Amerikanın böyük texnologiya şirkətidir, məhz onun səyləri sayəsində mobil inqilab baş verib" - Larri Peyc bloqda belə yazıb.

Məlumat üçün qeyd edim ki, internet- nəhəng “Motorola Mobility” şirkətini satın almaq üçün 12,5 milyard dollarından keçməli olub. “Google” şirkətinin ayrı bölməsi kimi fəaliyyət göstərəcək şirkətin  direktor postunu Dennis Vudsayd tutacaq.




 
EMİL





23/05/12    Çap et