Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bank intellektual telefon-informasiya sistemi quraşdırır
Yaxın zamanda "TuranBank" müştəri müraciətlərinin imkanlarını genişləndirmək və onları maraqlandıran sualların cavablandırılmasının operativliyini təmin etmək məqsədi ilə müştəri xidməti olan 935 nömrəsinin (Call Center) inteqrasiyasının yekunlaşdırılmasını planlaşdırır.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın məlumatında deyilir.Yeni sistem telefon-informasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün geniş imkanlar açacaq.
Müasir intellektual platforma ilə təchiz olunan sistem fasiləsiz işləyəcək. Sistem çox sayda zəng qəbul edə biləcək, zəng edənlə telefon mərkəzi arasında intellektual əlaqə yaradacaq və müştərilərin suallarına avtomatik rejimdə cavab verilməsinə şərait yaradacaq.İnformasiya xidməti Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.
CAHANGİR
23/05/12 Çap et