Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda telefon çəkilişi elektron formada olacaq


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır. Bu barədə bizə məlumat verən birliyin baş mütəxəssisi Elman Qədirovun bildirdiyinə görə, söhbət telefon çəkilişi ilə bağlı ərizənin verilməsindən və vətəndaşın mənzilinə telefonun işləməsinə qədər olan prosesin elektronlaşmasından gedir. Belə ki, telefon çəkdirmək istəyən vətəndaş BTRİB-in portalına daxil olmaqla yaşadığı ünvan üzrə aidiyyəti qovşağı seçir və ona təqdim olunan elektron ərizəni doldurur və plastik kartla elekton ödəniş aparır. Bundan sonra montyor gələrək mənzilə telefon çəkir. Qeyd edək ki, bütün bu proseslərin icrası rəhbərliyin tam nəzarətində olacaq ki, bu da iş prosesinə nəzarətin daha da gücləndirilməsi deməkdir.




11/07/11    Çap et