Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İtaliyada 16 aylıq uşağa dünyada ən kiçik süni ürək köçürülüb
Dünyada ən kiçik süni ürəyin köçürülməsi əməliyyatı uğurlu alınıb və 16 aylıq uşağın həyatı xilas edilib. Bu nadir əməliyyat Romanın "Bambino Cezu" adlı pediatriya xəstəxanasında hələ iki ay əvvəl həyata keçirilib, lakin həkimlər bu barədə indi məlumat veriblər.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, əməliyyat o qədər mürəkkəb idi ki, biz yalnız indi bu təcrübə barədə danışa bilərik" - cərrah komandasının rəhbəri professor Antonio Amedeo bildirib.
Professorun sözlərinə görə, nasosdan ibarət olan, dəqiqədə 1,5 litrə qədər qan buraxmaq xüsusiyyətinə malik, uzunluğu 5 sm və eni 1 sm olan süni aparatın çəkisi 11 qram təşkil edir. Süni ürək ABŞ-da istehsal edilib.
EMİL
23/05/12 Çap et