Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual proqram təminatçısı sürətli virtual işçi masaları yaradacaq


Virtuallaşdırma üzrə proqram təminatı istehsalçısı olan “VMware” bu gün, mayın 23-də “Wanova” adlı özəl şirkəti satın aldığını elan edib. Sazişin şərtləri rəsmi bəyanatda açıqlanmır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Wanova” özəl şirkəti virtual işçi masaların yaradılması üçün “Mirage” adlı “bulud” paketinin hazırlanması ilə məşğul olur.

“Wanova” şirkətinin nümayəndələri bildiriblər ki, onların virtual işçi masaları bir sıra yeni texnologiyaların sayəsində lokal rejimdəki sürətilə  müqayisə edilə bilən sürətdə işləyir.
Sazişin şərtlərinə görə, “VMware” şirkəti “Wanova”nın patent portfoliosundan öz hazırlamalarında istifadə edə bilər.


 
EMİL





23/05/12    Çap et