Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” şirkəti hesabat verib


“Lenovo” şirkəti hesabat verib: rüblük mənfəət 54 faiz artaraq 7,5 milyard dollara bərabər olub. İllik mənfəət isə 37 faiz artaraq 29,6 milyard dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 3 ay ərzində şirkətin xalis mənfəəti 59 faiz  artaraq 67 milyon dollar təşkil edib.

Şirkət 2011-2012-ci maliyyə ilini fərdi kompyuter bazarında rekord göstərici (12,9 faiz) ilə başa vurub. “Lenovo” şirkəti böyük istehsalçılar siyahısında ikinci yerdə qərarlaşıb.






 
EMİL





24/05/12    Çap et