Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyasının dizayneri “cəngavər” oldu


“Apple” korporasiyasının aparıcı dizayneri Conatan İv Britaniya imperiyasının “cəngavər”i olub. Mərasim mayın 23-də “Bukinhem” sarayında olub və onu kraliça ikinci Yelizavetanın qızı şahzadə Anna keçirib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Apple” korporasiyasının aparıcı dizayneri Britaniya imperiyasının “cəngavər” ordeninə layiq görülüb. İv daimi olaraq ABŞ-da yaşayır, lakin Birləşmiş Krallığın vətəndaşıdır və ona görə adının qarşısında "ser" titulu işlədə bilər.
Qeyd edim ki, Conatan İv dizayn və sahibkarlıq sahəsindəki xidmətlərinə görə “cəngavər” tituluna layiq görülüb.

Conatan İv Böyük Britaniyada doğulub və Nyukaslda yerləşən Nortumbri Universitetini bitirib. O, “Apple” korporasiyasında 1992-ci ildən işləyir, 1996-cı ildən etibarən dizaynerlər qrupuna başçılıq edir. “Apple” şirkətinin populyar “iMac”, “MacBook Air”, “iPod”, “iPhone” və “iPad” qurğularının dizaynını məhz Conatan İv hazırlayıb.


 
EMİL





24/05/12    Çap et