Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş batareyası ilə işləyən təyyarə qitələrarası uçuşa yollanıb


Günəş batareyaları ilə işləyən “Solar Impulse” təyyarəsi cümə günü İsveçrədən Mərakeşin paytaxtı Rabat şəhərinə ilk qitələrarası uçuşa yollanıb.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, "günəş" təyyarəsi İsveçrədən yerli vaxtla saat 08:24-də yerdən aralanıb. “Solar Impulse” təyyarəsində sükan çarxının arxasında onun konstruktorlarından biri olan Andre Borşberq əyləşib. Təyyarə İspaniyanın paytaxtı Madrid şəhərinə kurs götürüb, cümə günü saat 02:00-də texniki enmə həyata keçirəcək.

Konstruktorlar Bertran Pikar və Andre Borşberq tərəfindən yaradılmış təyyarə kütləyə ilk dəfə 2009-cu il iyun ayının sonunda  təqdim edilmişdi. Günəş enerjisi ilə işləyən təyyarənin ilk uzunmüddətli uçuşu 2010-cu il aprelin 7-də olmuşdu. O zaman “Solar Impulse” havada təxminən 75 dəqiqə olmuşdu.

2011-ci ilin mayında Boşberq tərəfindən idarə olunan “Solar Impulse” təyyarəsi İsveçrədən Belçikaya uçuş həyata keçirib.

“Solar Impulse” təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr, çəkisi isə 1,6 ton təşkil edir. Onun qanadlarında yerləşən təxminən 12 min fotoqalvanik element 4 ədəd elektromotoru 10 at gücünə malik günəş enerjisi ilə təchiz edir.
 
EMİL





24/05/12    Çap et