Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” yeni smartfon təqdim edib


“Samsung” şirkəti “GSM” şəbəkələr üçün “Dual SIM always on” texnologiyasına malik və “Android” platforması ilə işləyən “Galaxy Ace Duos” smartfonunu təqdim edib. “Galaxy Ace Duos” smartfonunun qiyməti haqqında hələ məlumat verilməyib.
 
“Galaxy Ace Duos” smartfonunda “Android 2.3” mobil əməliyyat sistemi quraşdırılıb. Smartfon 832 MHs takt tezlikli prosessor, 512 MB əməli yaddaş və 3 QB daxili yaddaş, 32 QB tutuma malik “microSD” kartları üçün slot, 5 meqapikselli kamera, “Wi-Fi” və “Bluetooth 3.0” modulları ilə təchiz edilib. “Galaxy Ace Duos” akkumulyatorunun tutumu 1300 milliamper təşkil edir, ekranın diaqonalı 3,5 düym, çəkisi 122 qramdır.






 
 
EMİL





25/05/12    Çap et